ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Qızlara ağ yaraşır” çağırışına cavab verib ağ cüdoqi geyinən qızların sayı 900 oldu!

“Qızlara ağ yaraşır” çağırışına cavab verib ağ cüdoqi geyinən qızların sayı 900 oldu!
Azərbaycan Cüdo Federasiyasının “Azercell Telekom” MMC ilə birgə əməkdaşlıq çərçivəsində başlatdığı “Qızlara ağ yaraşır” sosial kampaniyası hədəfinə çatmaq üzrədir
Azərbaycan Cüdo Federasiyası və “Azercell Telekom” MMC-nin birgə əməkdaşlıqda həyata keçirdiyi sosial təşəbbüsə qoşulan qızların sayı günbəgün artır. İdmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn “Qızlara ağ yaraşır” kampaniyası çərçivəsində Azərbaycanın bir çox bölgələrindən 900 nəfər qız cüdo idman növünə yazılıb və artıq mütəmadi məşqlərdə iştirak edir. 
Xatırladaq ki, kampaniya 7-14 yaş aralığında qızları əhatə edir. Gənclərimizi fiziki və mənəvi sağlam olmaq, gələcəyə əmin addımlarla irəliləmək, cüdo ilə məşğul olaraq beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək üçün ilk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.
Qızları Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçirməklə peşəkar cüdoda ilk addımlarına dəstək olaq. Ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az/ veb-saytına müraciət etmək olar.
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!