ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

"Qızlara Ağ Yaraşır" layihəsi ilə Azərbaycan reklam və marketinq sənayesində bir ilkə imza atdıq!

"Qızlara Ağ Yaraşır" layihəsi ilə Azərbaycan reklam və marketinq sənayesində bir ilkə imza atdıq!

Dünya üzrə prestijli və münsiflər heyəti jurnalistlərdən ibarət yeganə yaradıcılıq festivalı "Epica Awards"dan 1 gümüş, 1 bürünc medal qazandığımız üçün qürurlu və sevincliyik. 115-dən çox jürinin dəyərləndirdiyi, “Azercell Telekom" MMC ilə birgə ərsəyə gətirdiyimiz bu sosial layihəmizin qalib gəldiyi kateqoriyalar aşağıdakı kimidir:

* Kommunikasiya və ictimai xidmətlər

* İdmanla əlaqəli reklamlar

Almaniya, Kanada, Birləşmiş Krallıq, Fransa, ABŞ kimi 60-dan çox ölkə arasında yarışan və qaliblər sırasına adını yazdıran, həm qızlarımız, həm də ölkəmiz üçün uğurlu olan layihəmizin ərsəyə gəlməsində iştirak edən bütün komandamıza təşəkkür edirik!

Qeyd edək ki, dünyanın dörd bir tərəfindən müraciətlər qəbul edən bu festival 1987-ci ildə təsis edilmişdir.

Qaliblərin siyahısı:

https://www.epica-awards.com/news/2023-winners-announcement

 

Jüri:

https://www.epica-awards.com/jury#19