ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Qızlara ağ yaraşır” sosial kampaniyası nüfuzlu olimpiya mükafatına layiq görülüb

Dekabrın 6-da Milli Olimpiya Komitəsi bu ilin idman nailiyyətlərini qeyd etmək üçün təntənəli “Olimpiya gecəsi” təşkil edib. 

Azərbaycan Cüdo Federasiyası "Qızlara ağ yaraşır" sosial layihəsinə görə ilin ən yaradıcı idman federasiyası mükafatına layiq görülüb.

Bu kampaniya erkən nikah probleminə toxunmaqla yanaşı, həm də qızları cüdo ilə məşğul olmağa həvəsləndirmək məqsədi daşıyırdı. Kampaniya boyu 1000 qıza pulsuz cüdoqi paylanıldı və onlar öz cüdo səyahətlərinə başladılar.

“Qızlara ağ yaraşır” kampaniyasının uğurunda əməyi olan hər kəsi, o cümlədən dəyərli tərəfdaşımız “Azercell Telekom” şirkətini və yaradıcı partnyorumuz “Endorphin” şirkətini ürəkdən təbrik edirik! Həyata keçirdiyimiz sosial layihəni yüksək qiymətləndirdiyinə görə, Milli Olimpiya Komitəsinə də xüsusi təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, tədbir zamanı Azərbaycan  milli  komandasının sabiq üzvü Rüstəm Orucov Milli Olimpiya Komitəsi tərəfindən ilin ən aktiv kişi idmançısı adına layiq görülüb.