Qran Pri tunirində ikinci günün yarışları keçirilir
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə 6 idmançımız mübarizəyə başlayacaq. Kişilər arasında -73 kq. çəkidə Rüstəm Orucov və Hidayət Heydərov, -81 kq. çəkidə Səid Mollayi və Zelim Tckayev medallar uğrunda güclərini sınayacaq. Qadınlar arasında isə -63 kq. çəkidə Aytac Qardaşxanlı və -70 kq. çəkidə Südabə Ağayeva tatamiyə çıxacaq. İdmançılarımıza uğurlar arzulayırıq!