ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Qvadalaxara Qran-Prisinin heyəti açıqlandı

Qvadalaxara Qran-Prisinin heyəti açıqlandı

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək.

Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (152 kişi, 96 qadın) iştirak edəcək.

 

Heyəti təqdim edirik:

Kişilər

 

-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev

 

-66 kq

Ruslan Paşayev

Yaşar Nəcəfov

 

-73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev

 

-81 kq

Vüsal Qələndərzadə

Zelim Tçkayev

 

-90 kq

Murad Fətiyev

 

-100 kq

Zelim Kotsoyev

 

+100 kq

Uşanqi Kokauri

Camal Qamzatxanov