ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Ramil Vəliyev Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib

Ramil Vəliyev Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib
Ramil Vəliyev Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib

Azərbaycan cüdo üzrə milli yığma komandasının baş həkimi Ramil Vəliyev 22-24 oktyabrda Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində keçirilən 15-ci Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib. Tədbirdə dünyanın 39 ölkəsindən 100-dən çox həkim, ortoped cərrah və fizioterapevt qatılıb.

Bu kurs Beynəlxalq Olimpiya Komitəsinin Elm və Tibb Komissiyasının təşkilatçılığı ilə idman sahəsində yüksək ixtisaslı komanda həkimləri üçün nəzərdə tutulub. Məşhur idman həkimləri və akademiklər tərəfindən interaktiv mühazirələr və tapşırıqlar vasitəsilə idman tibbində mürəkkəb halların müzakirəsi aparılıb.