"Raquf Orucov Kuboku" beynəlxalq turniri keçirilib
16-17 noyabrda Bakı İdman Sarayında 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidləriminiz xatirəsinə həsr edilmiş "Raquf Orucov Kuboku" beynəlxalq turniri keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Oğlanlar arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacıkistan və Fərdi Neytral İdmançılar 6 ölkədən 173 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Azərbaycan, 2-ci yerə Tacikistan, 3-cü yerə isə Türkiyə layiq görülüb.
Turnirin keçirilməsində məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Medalçıları təqdim edirik:
-60 kq.
1. Murad Əliyev (Azərbaycan)
2. Əli Hacıyev (Azərbaycan)
3. Murad Muradlı (Azərbaycan)
3. Amin İsmayılov (Azərbaycan)
-66 kq.
1. Eltac Yusifli (Azərbaycan)
2. Fariz Həsənov (Azərbaycan)
3. Elvin Rəşidov (Azərbaycan)
3. Biniomin Nazirov (Tacikistan)
-73 kq.
1. Əbil Yusubov (Azərbaycan)
2. İlhomiddin Cabborov (Tacikistan)
3. Xudabaxış Əliyev (Azərbaycan)
3. Elxan Mirzəzadə (Azərbaycan)
-81 kq.
1. Süleyman Şükürov (Azərbaycan)
2. Əli Hacızadə (Azərbaycan)
3. Roman Qarayev (Azərbaycan)
3. Mehdi Abbasov (Azərbaycan)
-90 kq.
1. Somoni Kişvarov (Tacikistan)
2. Tuncay Şamil (Azərbaycan)
3. Davud Namazlı (Azərbaycan)
3. Sergey Qadzhiyev (Fərdi Neytral İdmançılar)
-100 kq.
1. Nihad Şıxəlizadə (Azərbaycan)
2. Mustafa Cırık (Türkiyə)
3. Şahin Əsədov (Azərbaycan)
3. Tamerlan Cabbarov (Azərbaycan)
+100 kq.
1. Eldar Əliyev (Azərbaycan)
2. Əli Mahmudov (Azərbaycan)
3. Ceyhun Dadaşov (Azərbaycan)
İdmançıları təbrik edirik!