Region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib
Azərbaycan Cüdo Federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində 2 noyabrdan etibarən müxtəlif regionlardan olan 18 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib. 100-ə yaxın potensiallı region cüdoçusunun iştirak etdiyi təlim-məşq toplanışı 11 noyabra qədər davam edib.
Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilib.
Təlim-məşq toplanışının keçirilməsi müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır.
ACF bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcək.