ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Azərbaycan Cüdo Federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində 1 sentyabrdan etibarən müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib. 80-dan artıq potensiallı region cüdoçularının iştirak etdiyi təlim-məşq toplanışı 11 sentyabra qədər davam edib.

Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilib. 

Təlim-məşq toplanışının keçirilməsi müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır. 

ACF bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcək.