ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Rəşad Nəbiyev yeni fəaliyyətə başlayan Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeni fəaliyyətə başlayan Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib. Səfər zamanı məşq prosesi və yaradılan şəraitlə tanış olunub, məşqçi heyəti və idmançılarla görüşərək onların fikir və təklifləri dinlənilib.

Görüşdə vurğulanıb ki, cüdonun kütləviləşdirilməsi, uşaqların, yeniyetmələrin və gənclərin fiziki-mənəvi inkişafına töhfə vermək ACF-in əsas prioritet istiqamətlərindəndir.

Həmçinin Şabran rayonunda və ümumilikdə regionda cüdonun inkişaf perspektivləri müzakirə olunub, bu istiqamətdə görüləcək əlavə tədbirlərlə bağlı müvafiq tapşırıqlar verilib.