Rəşid Məmmədəliyev Avropa üçüncüsüdür
Azərbaycanın daha bir cüdoçusu Rəşid Məmmədəliyev (-73 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmançımız üçüncü yer uğrunda görüşdə Daniel Seqedini (Macarıstan) üstələyib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub.
Ötən gün Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.