ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Rəşid Məmmədəliyev Əbu-Dabi Böyük Dəbilqənin bürünc medalını qazandı

Rəşid Məmmədəliyev Əbu-Dabi Böyük Dəbilqənin bürünc medalını qazandı

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günündə 1 bürünc medal qazanıb.

Turnirin ikinci yarış günü kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Rəşid Məmmədəliyev üçüncü yer uğrunda mübarizədə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezukaya qalib gələrək bürünc medala sahib olub.