Rüstəm Orucov Avropa Cüdo Birliyində idman komissarı vəzifəsinə başlayıb
Fevralın 24-25-i Latviyanın paytaxtı Riqa şəhərində keçirilən veteranlar arasında Avropa Kubokunda Olimpiya mükafatçısı Rüstəm Orucov idman komissarı vəzifəsini icra edib.
Rüstəm Orucov tutduğu yeni vəzifə ilə bağlı fikirlərini bölüşərək deyib: "Bu vəzifə böyük məsuliyyət daşıyır. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Riqada keçirilən turnir yüksək səviyyədə keçdi. Gələcəkdə də Avropa Cüdo Birliyində fəaliyyətimi davam etdirməyi düşünürəm.”.