ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sabah Avstriyada cüdo üzrə Avropa kuboku başlayacaq

Sabah Avstriyada cüdo üzrə Avropa kuboku başlayacaq

4-5 iyun 2022-ci il tarixlərində Avstriyanın Qras şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku  start götürəcək.

Yarışda 37 ölkədən 513 idmançı mükafatlar uğrunda mübarizə aparacaq. Ölkəmiz turnirdə 14 cüdoçü ilə təmsil olunacaq.

Azərbaycanı turnirdə gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədovun rəhbərlik etdiyi heyət təmsil edəcək.

Həmçinin, Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimi Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcək.

Yarışdan sonra, idmançılarımız 6-8 iyun tarixlərində Qrasda təşkil olunacaq təlim-məşq toplanışına, 8-12 iyun tarixlərində isə Leybnits şəhərində keçiriləcək digər təlim-məşq toplanışına qatılacaqlar.

 

Komandanın üzvlərini sizə təqdim edirik:

 

-60 kq.

Nicat Şirinov

 

-66 kq.

Qasım Vəlizadə

Aydın Rzayev

 

-73 kq.

Çingiz Fəttahov

Vüsal Qələndərzadə

Qadir Hüseynov

 

-81 kq.

Məhərrəm İmamverdiyev

Ömər Rəcəbli

İsmayıl Zamanov

 

-90 kq.

Vüqar Talıbov

 

-100 kq.

Ruslan Nəsirli

Rəsul Aydəmirov

 

+100 kq.

Hüseyn Məmmədov

Kənan Nəsibov

 

Cüdoçularımıza uğurlar arzulayırıq!