Sabah gənclər arasında cüdo üzrə Avropa kubokuna start veriləcək
25-26 iyun 2022-ci il tarixlərində Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək. Turnirə dünyanın 24 ölkəsindən 227 idmançı qatılacaq. Azərbaycan turnirdə məşqçi İmamverdi Məmmədovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq.
Oğlanlar
-90 kq.
Ruslan Səfxanov
Bəxtiyar Məmmədov
+100 kq.
Məhəmməd Məmmədzadə
Qızlar
-48 kq.
Könül Əliyeva
-57 kq.
Lətifə Abbasova
-63 kq.
Aytac Qardaşxanlı
-78 kq.
Nərmin Əmirli
İdmançılarımıza uğurlar arzulayırıq!