ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sabah Madriddə cüdo üzrə Açıq Avropa turniri başlayacaq

Sabah Madriddə cüdo üzrə Açıq Avropa turniri başlayacaq

11-12 iyun 2022-ci il tarixlərində cüdoçularımız İspaniyanın Madrid şəhərində keçiriləcək Açıq Avropa turnirində medallar uğrunda mübarizə aparacaqlar. 

Yarışda dünyanın 46 ölkəsindən 454 idmançı iştirak edəcək. Ölkəmiz turnirdə 13 cüdoçü ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev və Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcəklər.

Böyük məşqçi Elçin İsmayılovun rəhbərlik etdiyi böyüklərdən ibarət milli yığma komandanın yarışda ölkəmizi təmsil edəcək üzvləri:


-60 kq. 

Nazir Talıbov 

Rəşxan Baxışəliyev 


-66 kq. 

Tofiq Əliyev 

Rəşad Yelkiyev 


-73 kq. 

Zaməddin Poladov 

Nurlan Osmanov 


-81 kq. 

Kərim Məmmədov 

Elcan Şəfiyev


-90 kq. 

Rüfət İsmayılov 


+100 kq. 

İmran Yusifov


Qadınlardan ibarət milli yığma komanda isə yarışa baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə qatılacaq.

Komandanın üzvləri:


-48 kq. 

Leyla Əliyeva 


-63 kq. 

Aytac Qardaşxanlı 


-70 kq. 

Sudabə Ağayeva


Cüdoçularımıza uğurlar arzulayırıq!