Sabah Rumıniyada cüdo üzrə Açıq Avropa turniri başlayır
Böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək idmançılarımız Rumıniyaya yollanıb. 2-3 iyun tarixlərində Kluj-Napoka şəhərində keçiriləcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
Kişilərdən ibarət yığmanın idmançıları böyük məşqçisi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın idmançıları isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
ACF-in “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
33 ölkədən 62 qadın və 150 kişi cüdoçunun yarışacağı turnirdə iştirak edəcək idmançılarımızın adları:
Kişilər
-60 kq.
Rəşad Yelkiyev
Nazir Talıbov
-66 kq.
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov
-73 kq.
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov
-81 kq.
Hasil Cəfərov
Kərim Allahverdiyev
-90 kq.
Murad Fətiyev
+100 kq.
İmran Yusifov
Qadınlar
-48 kq.
Ramilə Əliyeva
-70 kq.
Südabə Ağayeva
Günel Həsənli
İdmançılarımıza uğurlar arzulayırıq!