ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sabirabadda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi

Sabirabadda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi

23 dekabrda Sabirabad şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. 

Sabirabad cüdo təlim mərkəzində təşkil olunan imtahanda 129 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. 

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.