Səid Mollayi Portuqaliya Qran Pri turnirində bürünc medal əldə etdi
19 fevralda Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran Pri turnirinin ikinci yarış günündə kişilər arasında -81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi bürünc medal qazandı. Səid bürünc medal uğrunda görüşdə özbəkistanlı idmançı Nurbek Murtozoyevə qalib gəlib.
İdmançımızı təbrik edirik!