ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Səid, Səid, Səid …

Səid, Səid, Səid …

“Mollayi tataminin üzərindədirsə, sizin hansı ölkəni təmsil edəcəyinizdən asılı olmayaraq,  mütləq  Səidi dəstəkləyəcəksiniz. O, bir idmançıdan daha üstündür. Yaşadıqlarına və ətrafındakı hamıya böyük hörmət bəsləyən insandır. "İndi Səid öz evindədir, Azərbaycandadır və xalq onu çox sevir”, - Beynəlxalq Cüdo Federasiyasının (BCF) son dərc olunan məqaləsində bildirilib. 

-81 çəki dərəcəsində yarışan  idmançımız Səid, Bakı Böyük Dəbilqə turnirinin ikinci günündə bütün ürəyi ilə mübarizə apardı. Müəllifin sözlərinə görə o, çox yaxşı formada olduğu üçün məğlub edilməzdir və buna görə də arxasında 3 qələbə ilə finala irəliləyə bildi.  O, finalda belçikalı üç qat dünya mükafatçısı Mattias Kasse ilə üz-üzə gəldi. Məqaləyə əsasən, üslubları fərqli olsa da, ikisi də peşəkar idmançıdır. Rəqibini "vaza-ari" xalı ilə məğlub edən Mollayi, ölkəsinə 3-cü qızıl medal qazandırdı. Final boyu azərkeşlər dayanmadan onun adını çağırırdırlar. Bu dəstəyi və izdihamı hiss edən Səid qalib gəldi.

Mollayi fəxri kürsün ən yüksək pilləsinə qalxdı və Bakı Böyük Dəbilqə turnirinin ikinci günü Azərbaycan üçün ayaq üstdə, himnin sədaları altında bitdi.

LİNK