Şəkidə cüdoçuların iştirakı ilə “İdman festivalı 2022” keçirilir
Noyabrın
14-dən 19-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü
ilə Şəkidə “İdman festivalı 2022” keçirilir. Şəki İdman Kompleksində baş tutan
festivalda müxtəlif idman növləri təmsil olunur. Tədbirdə məşqçilər Müşfiq
Hüseynov və Ruslan Yunusovun rəhbərliyi ilə Balaxanı cüdo idman klubunun
idmançıları da iştirak edirlər. Festival çərçivəsində yeniyetmə cüdoçular müxtəlif
fəndlərin yerinə yetirilməsini tamaşaçılara nümayiş ediblər.
İdmançılar əyləncəli-maarifləndirici oyunlarda, müxtəlif ustad dərslərində və Şəki şəhərinə təşkil edilən ekskursiyalarda iştirak edirlər. Həmçinin, idmançılar üçün hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi yardım göstərilməsi üzrə təlim və rəsmi şəxslərlə görüş nəzərdə tutulub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi davamlı olaraq yeniyetmələrin və gənclərin intellektual və mədəni inkişafına dəstək məqsədi ilə bu cür sosial layihələr təşkil edir.