ajf text
ajf text
ajf text
ajf text
ajf text

"Şirin qorxusu" layihəsi

Uşaqlarda sağlam həyat tərzinin formalaşdırılması təkcə idmanla məşğul olmaq deyil, həm də düzgün qidalanma vərdişlərinin aşılanmasından başlayır. Son illərdə şəkərin həddindən artıq istehlakı uşaqlar arasında piylənmə, diabet və digər sağlamlıq problemlərinin əsas səbəblərindən biri kimi göstərilir. Məhz bu problemə diqqət çəkmək məqsədilə Azərbaycan Cüdo Federasiyası "AS Holdings"in sponsorluğu ilə "Şirin qorxusu" adlı sosial maarifləndirmə layihəsinə start verib.
"Şirin qorxusu" layihəsi

Sağlam gələcəyə aparan yol

Layihənin əsas məqsədi uşaqlarda və valideynlərdə şəkərin həddindən artıq istifadəsinin yaratdığı risklər barədə məlumatlılığı artırmaq, sağlam qidalanma vərdişlərini təşviq etmək və idmanı gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir. Kampaniya bununla yanaşı uşaqların sağlam həyat tərzinə marağını artırmağı və onların asudə vaxtını daha səmərəli təşkil etməyi hədəfləyir.   Maarifləndirmə kampaniyasının ilk mərhələsi Gəncə şəhərində keçirilib. Layihə çərçivəsində Ə.Cavad adına 2 saylı, M.Ş.Vazeh adına 16 saylı, M.Füzuli adına 22 saylı, N.Hüseynov adına 38 saylı tam orta məktəblərdə, həmçinin Gəncə Cüdo Təlim Mərkəzində silsilə maarifləndirici sessiyalar təşkil olunub. Görüşlər zamanı uşaqlara interaktiv təlimlər, təcrübələr, oyunlar və təqdimatlar vasitəsilə şəkərin insan sağlamlığına təsiri sadə və əyləncəli formada izah edilib.   Layihənin fərqləndirici cəhəti nəzəri biliklə praktik fəaliyyəti bir araya gətirməsidir. Maarifləndirici sessiyalarda iştirak edən uşaqlar bir ay müddətində ödənişsiz cüdo məşqlərinə qoşulmaq imkanı əldə ediblər. Bundan əlavə, iştirakçılara maarifləndirici və motivasiyaedici hədiyyələr, sertifikatlar və xüsusi kuponlar təqdim olunub. Beləliklə, kampaniya sağlam qidalanma ilə fiziki aktivlik arasında birbaşa əlaqə quraraq uşaqları daha sağlam həyat tərzinə həvəsləndirməyə çalışıb.   "Şirin qorxusu" layihəsi şəkərin zərərləri barədə məlumat verməklə kifayətlənmir. Təşəbbüs uşaqlarda uzunmüddətli sağlam vərdişlərin formalaşdırılmasını, idmana marağın artırılmasını və sağlam həyat tərzinin erkən yaşlardan gündəlik davranış normasına çevrilməsini qarşıya məqsəd qoyur. Məhz bu yanaşma kampaniyanı ənənəvi maarifləndirmə layihələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.   Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, layihə yalnız Bakı ilə məhdudlaşmır və mərhələli şəkildə ölkənin digər regionlarını da əhatə edəcək. Bununla da daha çox uşaq və valideynin sağlam qidalanma, fiziki aktivlik və cüdonun tərbiyəvi rolu barədə məlumatlandırılması nəzərdə tutulur.   "Qızlara ağ yaraşır" erkən nikah probleminə, "Söz verirəm" bullinqə diqqət çəkirdisə, "Şirin qorxusu" uşaqların sağlamlığına təsir edən gündəlik qidalanma vərdişlərini ön plana çıxarır. Bu təşəbbüs Azərbaycan Cüdo Federasiyasının idmanı yalnız yarış meydanında qazanılan nəticələrlə deyil, həm də cəmiyyət üçün faydalı sosial dəyişikliklərin vasitəsi kimi gördüyünü nümayiş etdirən növbəti layihələrdən biridir.
"Şirin qorxusu" layihəsi