Şirvanda məşqçilər və cüdoçular üçün seminar keçirildi
23 sentyabr tarixində Şirvan Olimpiya İdman Kompleksində Cənub bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən keçirilən seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar Mətin Rəhimli tərəfindən cavablandırılıb.