ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sofiya ikinci gün...

Sofiya ikinci gün...
Şənbə günü Sofiyada keçirilən Avropa Çempionatı gərgin və rəqabət dolu anlarla yadda qaldı.
Turnir bütün öndə gedən idmançıları bir yerə toplamışdı. Avropa Cüdo Birliyinin (EJU) son məqaləsinə əsasən, turnirin ikinci günü sanki -73 kq çəki dərəcəsində yarışan favoritlər üçün “tələ” hazırlanmışdı. Hamının hədəfi bir idi - finala çıxmaq və qızıl medala sahib olmaq...
-73 kq çəki dərəcəsində mübarizə aparan idmançılar Laşa Şavdatuaşvili, Tohar Butbul, Viktor Sterpu, Fabio Basili və həmyerlimiz Rüstəm Orujov bu “tələdən” yan keçə bilmədilər. Qızıl medal uğrunda qızğın mübarizə başlamışdı...
Müəllifin sözlərinə yalnız bir idmançı “tələyə” düşmədi. O da Azərbaycanlı idmançı Hidayət Heydərov oldu. Böyük əzmlə Hidayət finala qədər irəliləyə bildi və orada onu italyalı Giovanni Esposito gözləyirdi.
Finalda idmançımızın qarşısında əngəllərdə az olmadı – iki penalti. Bəlkə çoxları onun yerində olsaydı qalibiyyətdən imtina edərdilər, lakin o etmədi. Çünki Heydərov təslim olmaq üçün əziyyət çəkməmişdi. O bütün maneələri aşdı və geri bir addımda atmadı. Hücum etdi və qızıl medala sahib oldu.
Avropa Çempionatında ki Hidayət Heydərovun çıxışı həm Vətənimizdə, həm də beynəlxalq arenada böyük təntənə ilə qarşılandı.