“Söz verirəm” kampaniyası 6 nömrəli məktəbdə
Azərbaycan Cüdo Federasiyanın əməkdaşları Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə 500-ə yaxın şagirdin iştirakı ilə maarifləndirici görüş keçiriblər. Sessiyada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müşaviri Ayan Nəcəf şagirdlərlə “Bullying”-ın mənasını, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edib.
Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.
Noyabrın 2-dən etibarən Azərbaycan Cüdo Federasiyası “Azercell” Telekom ilə birgə keçirtdiyi “Söz verirəm” kampaniyası Gəncə və Sabirabadda cüdo kəmərləri üzrə imtahanlarda iştirak edən 4000-dən çox uşaq da daxil olmaqla 20 məktəbi əhatə edib.
Qeyd edək ki, kampaniya ümumilikdə 8 000 uşağa təsir etmək məqsədi daşıyır.