ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Söz verirəm” kampaniyası Gəncə şəhərində

“Söz verirəm” kampaniyası Gəncə şəhərində
“Söz verirəm” kampaniyası Gəncə şəhərində

Dekabrın 1-də Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən 26 saylı orta məktəb-liseydə kampaniya təşkil edilib. 

100-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib. 

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq ediliblər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə ediblər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.