ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Söz verirəm” kampaniyası məktəblərdə!

“Söz verirəm” kampaniyası məktəblərdə!
“Söz verirəm” kampaniyası məktəblərdə!
“Söz verirəm” kampaniyası məktəblərdə!
“Söz verirəm” kampaniyası məktəblərdə!

Noyabrın 6-sı Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC  ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində  Kürdəxanı kəndində yerləşən  H. Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə kampaniya təşkil etdi. 

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf və ACF-in Marketinq və Kommunikasiya şöbəsinin meneceri Rəşad İbrahimov 100-ə yaxın şagirdlə maarifləndirici görüş keçirdilər. Onlar şagirdlərə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verdilər. Məktəbin direktoru Gültəkin Rüstəmova çıxış edərək kampaniyanın əhəmiyyətini vurğulayıb və bu təşəbbüs üçün təşkilatçılara minnətdarlığını bildirib.

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq edildilər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur. 

ACF “Bir məktəb bir klub” layihəsinin xətti ilə “Söz verirəm” kampaniyası çərçivəsində paytaxt Bakı və region məktəblərində görüşləri davam etdirəcəkdir.