ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Söz verirəm” kampaniyası Naftalan şəhərində

“Söz verirəm” kampaniyası Naftalan şəhərində
“Söz verirəm” kampaniyası Naftalan şəhərində
“Söz verirəm” kampaniyası Naftalan şəhərində
“Söz verirəm” kampaniyası Naftalan şəhərində

Noyabrın 30-u Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Naftalan şəhərində yerləşən İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə kampaniya təşkil edib. 

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf 300-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verib. 

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq edildilər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.