"Söz verirəm" Kampaniyası təsir dairəsini genişləndirir!
Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Ramana İdman Mərkəzində kampaniya təşkil edib.
50-ə yaxın cüdoçunun iştirakı ilə keçirilən görüşdə uşaqlar ilə maarifləndirici söhbətlər aparılıb. Onlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verdilər. Tədbir zamanı idmançılar müzakirələrdə fəal iştirak etdilər.
Hər bir idmançı “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.
“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
ACF “Bir məktəb bir klub” layihəsinin xətti ilə “Söz verirəm” kampaniyası çərçivəsində paytaxt Bakı və region məktəblərində görüşləri davam etdirəcəkdir.