ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sumqayıt şəhərində cüdo üzrə ustad dərsi keçirilib

Azərbaycanda cüdonun yaranmasının 50 illiyi münasibəti ilə keçirilən tədbirlər planı çərçivəsində 10 sentyabr tarixində Sumqayıtda, şəhərin rəmzi sayılan “Göyərçin” abidəsinin ətrafında cüdo üzrə ustad dərsi təşkil olunub. Azərbaycan Cüdo Federasiyasının (ACF), Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi tədbirdə geniş ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Tədbirdə çıxış edən ACF Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov cüdonun bir idman növü kimi özündə yaşatdığı fəlsəfi mahiyyət və gənc nəslin fiziki və mənəvi sağlamlığına verdiyi töhfədən danışıb. N. Bağırov ölkəmizdə son illər cüdoya marağın artdığını, federasiya tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib. O, bildirib ki, bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Daha sonra paralimpiya Oyunlarının və Dünya çempionatının ikiqat qalibi, 8 qat Avropa çempionu İlham Zəkiyev ACF-in belə bir tədbiri Sumqayıt şəhərində keçirilməsinin şəhər sakinlərinin ürəyincə olduğunu bildirərək federasiya rəhbərliyinə təşəkkür etdi.

Daha sonra ustad dərsi çərçivəsində Dünya mükafatçısı Natiq Bağırov, gənclərdən ibarət yığmanın məşqçisi, Dünya mükafatçısı Elxan Rəcəbli və yeniyetmə cüdoçularımız Aytən Verdiyeva, Aynur Əfəndiyeva, Şahin Oruczadə, Əbil Yusubov müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi və cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub. 

ACF tədbirin təşkilində göstərilən dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə öz təşəkkürünü bildirir.