ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri keçirilib

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri keçirilib

9-10 dekabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında IX beynəlxalq cüdo turniri keçirilib. 

Yarışın açılışında Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçının 1-ci müavini Teymur Səmədov və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə çıxış edərək dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, idman sahəsində görülmüş işlər və ölkəmizin qazandığı nailiyyətlərdən danışıblar.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycanın 18 şəhər və rayonu ilə yanaşı Niderland idmançıları da iştirak edib. Ümumilikdə 40 komandadan 268 idmançı qalib adı uğrunda mübarizə aparıb. Xatirə turnirində U-16 yeniyetmələr arasında 20 çəki dərəcəsində medalçılar bəlli olub.

Turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, cüdo idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.


Medalçıların siyahısını təqdim edirik:


Oğlanlar


-42 kq. 

1. Rza Xəlili 

2. Əli Əbişov 

3. Fərid Zeynalzadə 

3. Amin Quliyev


-46 kq. 

1. Rüstəm Qasımzadə 

2. Elməddin Gözəlov 

3. İbrahim Talıbov 

3. Sahib Məmmədov


-50 kq. 

1. Zahir Baxışov 

2. Abdullah Kərimov 

3. İbrahim Aslanlı 

3. İsmayıl Əlipənahov


-55 kq. 

1. Mirxaliq İsgəndərov 

2. Kənan Məmmədov 

3. Fərid Mərdanov 

3. Ömər Qənizadə 


-60 kq. 

1. Kənan Sadiqov 

2. Ayxan Yediyarov 

3. Səyavuş Əsədov 

3. Hacı Bayramlı


-66 kq. 

1. Cəsur İbadlı 

2. Rihad Məmmədov 

3. Tamerlan Məmmədov 

3. İsmayıl Hüseynzadə


-73 kq. 

1. Nihad Yəhyayev 

2. Şəhriyar Hüseynli 

3. Tofiq Hüseynov 

3. Şamil Əliyev


-81 kq. 

1. Hüseyn Eyvazlı 

2. Səlim Axundov 

3. Mehdi Məsimov 

3. Amir Xəzriyev


-90 kq. 

1. Tunar Fərzəliyev 

2. Vidad Əliyev 

3. Məhəmməd Əlipənahov 

3. Polad Poladov


+90 kq. 

1. Rəsul Səmədli 

2. Samuray Hüseynov 

3. Mehrab Paşazadə 

3. Ülvi Şərifzadə


Qızlar


-36 kq. 

1. Ləman Adıgözəlov 


-40 kq. 

1. Xədicə Abdullayeva 

2. Nigar Əliyeva 

3. Nigar Məmişova


-44 kq. 

1. Leyla Ələkbərova 

2. Zeynəb Əhmədova 

3. Nərgiz Əhmədova 

3. Diana Eldarova


-48 kq. 

1. Könül Eyvazlı 

2. Ayan Əlizadə 

3. Zərrin Əhmədova 

3. Nərgiz Şıxməmmədova


-52 kq. 

1. Zeynəb Şərbətova 

2. Milana Hüseynova


-57 kq. 

1. Aytən Verdiyeva 

2. Ayan Əliyeva 

3. Nərmin Qocayeva 

3. Zəhra Hüseynzadə


-63 kq. 

1. Nərmin Yusufova 

2. Rəna Əhmədova 

3. Bənurə Bağırova


-70 kq. 

1. Arzu Rəşidova 


+70 kq. 

1. Günay Süleymanova 

2. Nuranə Məhərrəmova


İdmançılarımızı təbrik edirik!