ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Tbilisi Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Tbilisi Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
Tbilisi Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
Tbilisi Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Martın 20-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Qeyd edək ki ki, Azərbaycan yarışda 8 çəki dərəsində 11 cüdoçu ilə (7 kişi, 4 qadın) təmsil olunacaq.

Yarış sabah Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 17:00-dan etibarən İdman TV-dən izləyə bilərsiniz!


Kişilər 


-60 kq

1/16 final

Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan) 


-66 kq

1/16 final

Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan) 

Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan) 


-73 kq

1/32 final

Qədir Hüseynov - Viktor Sterpu (Moldova)

1/16 final

Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə


-81 kq

1/32 final 

Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail) 


-100 kq

1/16 final

Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan) 


Qadınlar


-52 kq

1/8 final 

Aydan Vəliyeva - Qal-od Tserentoqtox (Monqolustan) 


-57 kq 

1/16 final

Fidan Əlizadə - Bianka Reis (Braziliya) 


-70 kq

1/16 final 

Günel Həsənli - Kaya Şuster (Sloveniya) 

Südabə Ağayeva - Qyoya Vetterli (İsveçrə)