Tbilisidə “Böyük Dəbilqə” turniri start götürdü
3 iyun 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” başlayıb.
Bu gün 3 çəki dərəcəsində 6 idmançımız medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında -60 kq. çəki dərəcəsində Rövşən Əliyev və Turan Bayramov, -66 kq. çəki dərəcəsində isə İbrahim Əliyev və İsmayıl İbrahimov mübarizə aparırlar.
Qadınlar arasında isə -48 kq. çəki dərəcəsində yarışan təmsilçilərimiz Aişə Qurbanlı və Şəfəq Həmidova güclərini sınayacaqlar.
İdmançılarımıza uğurlar arzulayırıq!