Tələbələr üçün praktiki dərslər davam edir
Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində Akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I, II və III kurs tələbələri üçün praktiki dərslər davam edir.
Tədris prosesi cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində müəyyən olunmuş cədvələ uyğun şəkildə həyata keçirilir. Hertfordşir Universitetinin professoru MaykKallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli mütəxəssislər cəlb olunub.
Tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında nəzəri biliklər əldə edir, eyni zamanda praktiki bacarıqlar formalaşdırırlar.