ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Təşəkkürlər, Rüstəm!

Təşəkkürlər, Rüstəm!

Beynəlxalq cüdo arenasında yüksək nailiyyətləri ilə tanınan Rüstəm Orucov cüdo karyerası ilə vidalaşmağa qərar verib. Saysız-hesabsız beynəlxalq  turnirlərin qalibi və mükafatçısı R. Orucov gələcək nəsillər üçün hər zaman nümunə olaraq qalacaqdır. 

"Bu illər həqiqətən unudulmaz olub və mən xalqımızı mötəbər arenalarda təmsil etməkdən hədsiz qürur duyuram. Bununla belə, hər bir səfər öz sonuna çatır. Bu gün, avqustun 8-də mən Olimpiya medalını qazandım və məhz bu gün mən idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm! Nə yaxşı ki, varsınız! İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır.”, - deyə Rüstəm Orucov müsahibəsində bildirdi. 

Rüstəm Orucov idman karyerasında çox saylı nailiyyətlərə imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanmışdır. 2017 və 2019-cu illərdə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionatlarında 1 dəfə gümüş, 3 dəfə isə bürünc mükafata sahib olub. “Masters” turnirində 1 dəfə qızıl medal, 3 dəfə isə bürünc medal qazanıb. Müxtəlif illərdə o, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 28 medal əldə edib.

Azərbaycan cüdo ailəsi adından cüdo idman növünə verdiyi əvəzsiz töhfələrə görə Rüstəm Orucova dərin təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətində uğurlar diləyirik