ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Tokio Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

Tokio Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

1 dekabrda Yaponiyanın paytaxtı Tokio şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.


Qadınlar


-57 kq. 

Acelya Toprak - Kseniya Qalitskaya (Fərdi Neytral İdmançılar)


Kişilər


-60 kq. 

Balabəy Ağayev - Ariel Şulman (İsrail)

Nizami İmranov - Younes Saddiki (Mərakeş)


-66 kq. 

Yaşar Nəcəfov - Ari Berliner (Amerika Birləşmiş Ştatları) / Hekim Aqamemmedov (Türkmənistan)

Kamran Süleymanov - Nurali Emomali (Tacikistan)


-73 kq. 

Hidayət Heydərov - Maxmadbek Maxmadbekov (Fərdi Neytral İdmançılar) \ Kestutis Vitkauskas (Litva)

Rəşid Məmmədəliyev - Eliot Preve (Fransa)


-81 kq. 

Səid Mollayi - David Karapetyan (Fərdi Neytral İdmançılar) \ Briqt Maddaloni Nosa (İtaliya)

Zelim Tçkayev - Antoniyo Esposito (İtaliya)


-90 kq. 

Murad Fətiyev - Rafael Masedo (Braziliya)

Vüqar Talıbov - Sanşiro Murao (Yaponiya)


-100 kq. 

Zelim Kotsoyev - Nathaniel Keve (Amerika Birləşmiş Ştatları)


+100 kq. 

Ramazan Əhmədov - Yevheniy Balveskyi (Ukrayna)

Uşanqi Kokauri - Qalimcan Krikbay (Qazaxıstan)


İdmançılarımıza uğurlar arzulayırıq!