Turan Bayramov bürünc medal qazandı
3 iyun 2022-ci il tarixində Tbilisi şəhərində keçirilən “Böyük Dəbilqə”-də ilk yarış günü başa çatıb.
-60 kq. çəki dərəcəsində bürünc medal uğrunda yarışan idmançılarmız Turan Bayramov və Rövşən Əliyevin qarşılaşmasının nəticəsində Turan rəqibinə ipponla qalib gələrək bürünc medal əldə edib. Rövşən Əliyev isə 5-ci yerlə kifayətlənib.
İdmançılarımızı təbrik edirik!