ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-14 yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

U-14 yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

İyulun 19-da Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-14 yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Yarışda 27 klub və idman cəmiyyətindən olan 161 cüdoçu (137 oğlan, 24 qız) ümumilikdə 15 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.