ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-15 kiçik yaşlı yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək

U-15 kiçik yaşlı yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək

14-15 apreldə Sumqayıt Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 15 yaşa qədər yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 20 çəki dərəcəsində 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi 23-26 may tarixlərində keçiriləcək 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır. Eyni zamanda yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaq və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzu edirik!