U-15 və U-18 region birincilikləri təşkil olunacaq
İyul və avqust aylarında Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə U-15 və U-18 region birincilikləri keçiriləcək. Region birincilikləri müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyır.
Yarışlardan bir gün öncə regionlarda fəaliyyət göstərən məşqçilər və idmançılar üçün Kəmər imtahan komitəsi və ACF-in hakimlər heyəti tərəfindən seminarlar təşkil olunacaq.
Qeyd edək ki, ACF ölkədə cüdo idman növünün inkişafı və kütləvləşdirilməsi üçün gördüyü işlərdən biri regionlarda keçirilən turnirlərin sayının artırılmasıdır.
Beynəlxalq tələblərə uyğun təşkil olunan yarışların təqvim planı aşağıdakı kimidir:
Şimal bölgəsi, 22-23 iyul (Qusar Olimpiya İdman Kompleksi)
Aran-Mil-Muğan bölgəsi, 26-27 iyul ("Kür" Olimpiya Tədris-İdman Mərkəzi)
Qərb bölgəsi, 29-30 iyul (Goranboy Olimpiya İdman Kompleksi)
Qarabağ-Şərqi Zəngəzur bölgəsi, 2-3 avqust (Ağdam Olimpiya İdman Kompleksi)
Şimal-Qərb bölgəsi, 6-7 avqust (İsmayıllı Olimpiya İdman Kompleksi)
Naxçıvan Muxtar Respublikası, 10-11 avqust (Naxçıvan Olimpiya İdman Kompleksi)
Cənub bölgəsi, 15-16 avqust (Masallı Olimpiya İdman Kompleksi)
U-18 Bakı şəhər birinciliyi, 7-9 noyabr (FHN İdman Sağlamlıq Kompleksi)
U-18 Sumqayıt şəhər birinciliyi, 21-22 dekabr (Sumqayıt Olimpiya İdman Kompleksi)