ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-15 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu

U-15 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu
U-15 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu

26 mayda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib. 

Komanda yarışlarında qızlar arasında 8 komanda, oğlanlar arasında isə 19 komanda kubok uğrunda mübarizə aparıb. Qızlar -36 kq., -44 kq., -52 kq. -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -38 kq., -46 kq., -55 kq. -66 kq. və +66 kq. çəki dərəcələrində güclərini sınayıb.

Yarışda qızlar arasında Şuşa Uşaq-Gənclər İdman Məktəbi, oğlanlar arasında isə Bakı şəhəri 13 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıblar.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:


Qızlar

1. Şuşa Uşaq-Gənclər İdman Məktəbi

2. "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat-Məktəbi

3. Respublika Kompleks İdman Məktəbi

3. Bakı şəhəri 13 nömrəli Respublika İdman  Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. Neftçi İdman Klubu 

5. Gömrükçü İdman Sağlamlıq Mərkəzi

7. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

7. "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli Uşaq-Gənclər İdman Məktəbi


Oğlanlar

1. Bakı şəhəri 13 nömrəli Respublika İdman  Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

2. "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat-Məktəbi 2

3. "Təhsil" Respublika İdman Mərkəzinin Bakı şəhəri 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

3. Şuşa Uşaq-Gənclər İdman Məktəbi

5. Zabrat İdman Klubu

5. "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli Uşaq-Gənclər İdman Məktəbi

7. Kanokan TT İdman Klubu 1

7. Qədiroğlu İdman Klubu


İdmançıları təbrik edirik!