ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ikinci yarış günü 300-ə yaxın idmançı tatamiyə çıxacaq

U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ikinci yarış günü 300-ə yaxın idmançı tatamiyə çıxacaq

Bu gün 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ikinci yarış günü keçirilir. 

15 martda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 298 cüdoçu gücünü sınayacaq. Qızlar arasında -32 kq., -44 kq. və -57 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -38 kq., -50 kq. və -66 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Yarışın ilkin görüşləri saat 9:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzulayırıq!