U-17 Liqasının II turunda daha 5 çəkidə medalçılar bəlli oldu
Mayın 21-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turunda mübarizə davam edib.
Turnirin ikinci günündə 207 cüdoçu tatamiyə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda qızlar arasında -44 kq, -57 kq, +70 kq; oğlanlarda isə -55 kq, -73 kq çəki dərəcəsində medalçılar bəlli olub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
3. Zeynəb Qurbanova (RKİM)
3. Ayan Muradova (Şəki OİK)
-57 kq
1. Zəhra Mədətzadə (Yevlax)
2. Qızılgül Əkbərova (AHİTA)
3. Arzu İmanzadə (RKİM)
3. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
+70 kq
1. Aysu Quliyeva (Judo Club 2012)
2. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Əsnad İlyasova (Lokomotiv İK)
Oğlanlar
-55 kq
1. Rza Ayvazlı (Şağan OİK)
2. Aqil Nağıyev (RKİM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)
3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-73 kq
1. Məhəmməd Niftəliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Familhüseyn Əlizadə (Sərhədçi İM)
3. Məhəmməd Bayramlı (DİN İC)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)