U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək
21-22 aprel tarixlərində U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 100 klub və idman cəmiyyətindən olan 873 cüdoçu (693 oğlan, 180 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.