ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

15-16 martda U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək. 

Yarışda 43 klub və idman cəmiyyətindən olan 348 cüdoçu (288 oğlan, 60 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.

Cüdosevərlər U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunu Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində ödənişsiz olaraq izləyə bilər.