ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçirildi

U-18 yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçirildi

22-23 oktybarda Azərbaycan Cüdo Federasiyası və Təhsil Respublika İdman Mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçirilib. 

“Zuğulba” tədris-idman bazasında baş tutan yarışda Bakıdan və regionlardan 12 idman təşkilatından olan 144 cüdoçu medallar uğrunda mübarizə aparıb. Turnirdə yeniyetmə oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olub.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, dünya və Olimpiya mükafatçısı Mövlud Mirəliyev, “Təhsil” Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və məşqçi müəllimləri iştirak edib.

Yarış öncəsi cüdo üzrə açıq məşq keçirilib. Uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçiləri və yeniyetmə, gənc cüdoçuların iştirak etdiyi məşqdə, idmançıların yarışa hazırlığı, texnika və taktikanın təkmilləşdirilməsi müzakirə olunub, bəzi fəndlər əyani olaraq nümayiş etdirilib. Açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.

Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Bakı şəhəri 10 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb. 9 komanda müxtəlif əyarlı medal qazanıb.


Medalçıları təqdim edirik:


-50 kq. 

1. Ceyhun Hüseynli 

2. Kənan İbrahimov 

3. Harun Soltanov 

3. Fərid Xudiyev 


-55 kq. 

1. Ömər Allahverdiyev 

2. Rahib İbrahimov 

3. Əli Əlizadə 

3. Röyal Dadaşov 


-60 kq. 

1. Ruslan Əsgərov 

2. Sənan Piriyev 

3. Yusif Əliyev 

3. Zaməddin Bağırov 


-66 kq. 

1. Kənan Məmmədov 

2. Xəyal Sərkərov 

3. Yusif Abbasov 

3. Məhəmməd Bağırov 


-73 kq. 

1. Yunis İbrahimzadə 

2. Akif Məmmədli 

3. Ayxan Həsənli 

3. Elnur Sultan 


-81 kq. 

1. Ömər Axundov 

2. Babək Sadıqov 

3. İskəndər Abbasov 

3. Nicat Qəhrəmanov 


-90 kq. 

1. Nurəddin Əliyev 

2. Tamerlan Əliyev 

3. Xalid İlyasov 

3. Əmir Xəzriyev 


+90 kq. 

1. Cavidan Məsimov 

2. Tahir Əfəndiyev 

3. Ömər Hacılı 

3. İbrahim Seyidov


İdmançıları təbrik edirik!