ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

16-19 yanvarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 100 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 743 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 16-18 yanvarda, komanda yarışları isə 19 yanvarda baş tutacaq.

Yarışın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılara uğurlar arzulayırıq!