ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək

24-27 yanvar tarixlərində cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 24-26 yanvarda, komanda yarışları isə 27 yanvarda baş tutacaq.

Yarış hər gün saat 10:00-da başlayacaq. Fərdi yarışların final görüşləri saat 17:00-da, komanda yarışlarının final görüşləri isə saat 16:00-da keçiriləcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Məkan: Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzi

Hər birinizi idmançılarımıza dəstək olmağa dəvət edirik!