U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürdü
18 yaşa qədər yeniyetmələrin şəxsi və komandalar arasında Azərbaycan birinciliyinin ilk yarış günü keçirilir.
24 yanvarda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 219 cüdoçu gücünü sınayacaq. Oğlanlar arasında -46 kq., -60 kq. və -81 kq. çəki dərəcələrində, qızlar arasında isə -36 kq., -48 kq. və -63 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Yarışın nəticələrini bu linkdən canlı izləyə bilərsiniz -
İdmançılarımıza uğurlar arzu edirik!