ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin püşkü atıldı

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin püşkü atıldı

24-27 yanvar tarixlərində cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatdan 618 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 24-26 yanvarda, komanda yarışları isə 27 yanvarda baş tutacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Üç gün davam edəcək yarışda 2006-2008-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarış hər gün saat 09:00-da başlayacaq. Fərdi yarışların final görüşləri saat 17:00-da, komanda yarışlarının final görüşləri isə saat 16:00-da keçiriləcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Yarışın nəticələrini, həmçinin ilkin və final görüşlərini bu linkdən canlı izləyə bilərsiniz -

https://live.ijf.org/jr_u_18_yeniyetmelerin_sexsi_ve_qarisiq_komandalar_arasinda_azerbaycan_birincliyi2023/overview

İdmançılarımıza uğurlar arzu edirik!